Vyetnamda fəlakət: Daşqınlar və torpaq sürüşmələri 90 nəfərin həyatına son qoydu
Vyetnamın mərkəzi bölgəsində leysan yağışları səbəbindən baş vermiş daşqınlar və torpaq sürüşmələri nəticəsində 90 nəfər həyatını itirib, 12 nəfər isə itkin düşüb.
meqale.com xəbər verir ki, bu barədə məlumat Vyetnamın Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi yanında Bəndlərin İdarə Edilməsi və Təbii Fəlakətlərin Qarşısının Alınması Departamenti tərəfindən yayıb.
Təbii fəlakət yüzlərlə ev, məktəb və inzibati binanın dağılışına və ya zədələnməsinə səbəb olub. Həmçinin, təxminən 200 min insan daşqınların təsiri altında qalıb.