Rusiya Kiyevə iki ballistik raket atdı
Rusiya qüvvələri tərəfindən Kiyevə iki ballistik raket atılıb.
                        meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Nikolay Oleşçuk "Telegram" kanalında bildirib.
"Səhər saat 10:30 radələrində düşmən müvəqqəti işğal olunmuş Krımdan iki ballistik raketlə Kiyevə hücum edib".
O qeyd edib ki, Ukraynanın hava qüvvələri bu hücumu zərəsizləşdirib.