Sabiq baş naziri öldü

İrlandiyanın sabiq baş naziri Con Bruton ölüb.

Sabiq baş naziri öldü
İrlandiyanın sabiq baş naziri Con Bruton ölüb.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə xarici KİV xəbər verib.

Məlumata görə, o, uzun sürən xəstəlikdən sonra bu gün 76 yaşında Dublində xəstəxanada vəfat edib.

Qeyd edilir ki, Bruton 1994-cü ildən 1997-ci ilə qədər İrlandiyanın Baş naziri olub. O, həmçinin müxtəlif illərdə maliyyə naziri, sənaye, ticarət və turizm naziri olub, Avropa İttifaqının ABŞ-dakı səfiri vəzifəsində çalışıb.