Saxta tokenlər: onları necə müəyyənləşdirmək və qarşısını almaq olar?
Saxta tokenlər: onları necə müəyyənləşdirmək və qarşısını almaq olar?
Əsas nəticələr
Saxta tokenlərlə hücum kriptovalyuta dələduzluğunun bir növüdür ki, bu vaxt cinayətkarlar qanuni kriptovalyutalara bənzəyən saxta və ya dolandırıcı tokenlər yaradırlar. Bu saxta tokenlər investorları və treyderləri aldatmaq, onları həqiqi aktivləri aldıqlarına və ya həmin aktivlərlə alqı-satqı etdiklərinə inandırmağa məcbur etmək məqsədilə nəzərdə tutulmuşdur ki, bu da çox vaxt maliyyə itkisi və ya şəxsi məlumatların oğurlanması kimi digər xoşagəlməz hallarla nəticələnir.
Dələduzlar saxta tokenlərdən necə istifadə edirlər?
Həqiqi və onlara bənzəyən saxta tokenlər eyni blokçeyndə, lakin fərqli smart-müqavilə ünvanları ilə və ya fərqli blokçeynlərdə mövcud ola bilər. Saxta tokenlər müxtəlif dələduzluq sxemlərində istifadə oluna bilər.
"Binance Launchpool"da tokenin istifadəyə veilməsinə dair cari elan
Məsələn, "Binance" tokeni istifadəyə verməzdən əvvəl "Launchpool"un rəsmi tokenlərini təbliğ edir və cinayətkarlar çox vaxt bundan qazanc əldə etməyə çalışırlar. Saxta token bu qədər geniş reklam edilmiş aktivi təqlid etmək məqsədilə nəzərdə tutulduqda dələduzların reklam xərcləri əhəmiyyətli dərəcədə azala bilər və onların etməli olduqları yeganə şey potensial qurbanları təşviq etdikləri tokenin "Binance Launchpool" vasitəsilə təşviq edilən tokenlə eyni olduğuna inandırmaqdır.
Gerçək hallar
BOOM
2024-cü ilin iyul ayında "Binance"ın risklərin təhlili komandası "DEX"də qeydiyyata alınmış BOOM aktivini saxta token kimi müəyyən etdi. Aktiv dərhal bir neçə həyəcan siqnalı verdi ki, bu da onu belə tokenlərə mükəmməl nümunə edir.
"CoinMarketCap"də ümumi likvidliyi və
sahiblərin sayını göstərən BOOM-un səhifəsi
"Dextools"da satış vergisini göstərən BOOM-un səhifəsi
Belə olan halda dələduzlar satış vergisini 100% məbləğində müəyyən edərək saxta tokeni 11 milyondan çox ünvana göndəriblər. Əgər bu aktivin ticarəti başlasaydı, tokenin tərəfdarı olan insanlar yaradılmış smart-müqavilə vasitəsilə hər satışın 100%-ni əldə edəcəkdilər. Bu hadisə istifadəçilərin arzuolunmaz paylanmalar vasitəsilə aldıqları tokenləri diqqətlə nəzərdən keçirməli olduqlarını xatırladır.
Saxta OMNI
2024-cü ildə "Binance" özünün "Launchpool" proqramı vasitəsilə bir neçə yeni token təqdim etdi. Dünyadakı bütün dələduzlar istifadəçiləri aldatmaq məqsədilə saxta tokenlər yaratmaq imkanlarından yararlanmağa çalışdılar. Məsələn, "Telegram" və ya "WeChat" qrupları kimi qeyri-rəsmi kanallar vasitəsilə "ilkin satınalma" proqramlarının quraşdırılması məşhur sxemdir. Unutmayın ki, istifadəyə verilməzdən əvvəl çoxdan gözlənilən tokenlər üçün həddindən çox cəlbedici qiymətlərin olması həyəcan siqnalı kimi qəbul edilməlidir.
"CoinMarketCap"də "REAL OMNI"nin səhifəsi
OMNI kripto icmasının səbirsizliklə gözlədiyi "Launchpool" tokenlərindən biri olub. Cinayətkarlar bir neçə saxta tokeni, habelə aşağıdakı skrinşotda göstərilən və Türkiyədə yaradılan tokeni istifadəyə verməyə tələsiblər.
BscScan "OMNI"nin saxta səhifəsi
Gördüyünüz kimi, bu saxta "OMNI" şəbəkə daxilində qiymət və bazar kapitalizasiyası göstəriciləri üzrə sıfırlara malikdir və yalnız bir neçə sahibə və ümumi köçürmə həcminə malikdir.
Müəyyən etmə və qarşısının alınması üzrə məsləhətlər
"Token Sniffer"in skrinşotu
Yekun fikirlər
Saxta tokenlər kriptovalyuta məkanında böyük təhlükə yaradır, məsələ yeni tokenlər olduqda investorların şövqündən və onların yeni imkanları araşdırmaq hazırlığından istifadə edir. Xəbərdar olmaq, hərtərəfli araşdırma aparmaq və diqqətli olmaqla özünüzü dələduzluğun qurbanına çevrilməkdən qoruya bilərsiniz. Həmişə köhnə bir məsəli xatırlayın: Avazın xoş gəlir, oxuduğun Quran olsa!