Sevdiklərinizi bayram günündə kor etməyin
Bayram günlərində istifadə olunan pirotexniki vasitələr ciddi təhlükə yarada bilər.
meqale.com xəbər verir ki, bu barədə mütəxəssislər xəbərdarlıq edirlər.
Belə ki, fişənglərin içərisində dəmir parçaları olur. Həmin dəmirlərin təzyiqi nəticəsində partlama baş verir və içərisindəkilər ətrafa yayılır.
Xüsusilə fişənglərin üzə tərəf yönəldilərək partladılması çox təhlükəlidir. Həmin dəmir parçaların gözə, üzdəki digər nahiyələrə və bədənə dəyməsi nəticəsində ciddi xəsarətlər yarana bilər. Mütəxəssislərin sözlərinə görə, belə hallarda görmə qabiliyyətinin itirilməsi, gözün zədələnməsi və digər ağır nəticələr mümkündür.