Slovakiya Prezidenti: Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkədir
Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatına malik ölkədir. O, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin enerji resurslarına malikdir.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.
"Çox şadam ki, bizim ticarət dövriyyəmiz artmaqdadır və ciddi artım var. Biz qeyd etdik ki, bu sahədə hələ də istifadə edilməmiş potensial var", - deyə o əlavə edib. meqale.com