Suriya universitetlərində dəyişiklik
Suriyadakı müvəqqəti hökumət iki universitetin adını dəyişdirib.
meqale.com xəbər verir ki, adı dəyişdirilən universitetlər Laziqiyyə və Homs vilayətlərində yerləşən Tişrin və Baas universitetləridir.
Laziqiyyə vilayətində yerləşən Tişrin Universitetinin yeni adı Laziqiyyə Universiteti olub, Homs vilayətində yerləşən Baas Universiteti isə Homs Universiteti adını alıb.
Fərman müvəqqəti hökumətin Baş naziri Məhəmməd Əl-Bəşirin imzası ilə təsdiq edilib.