Tehranda vəziyyət gərgindir - VİDEO
İranın paytaxtı Tehranda başlayan etiraz aksiyaları şiddətlənərək genişmiqyaslı iğtişaşlara çevrilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, şəhərin mərkəzi küçələrində nümayişçilər barrikadalar quraraq yolları bağlayıblar.
Sosial şəbəkələrdə yayılan görüntülərdə etirazçıların zibil qutularını yandırdığı, təhlükəsizlik qüvvələri ilə birbaşa qarşıdurmaya girdiyi və hakimiyyət əleyhinə kəskin şüarlar səsləndirdiyi əks olunub.