"TikTok"da paylaşılan video ölkədə xiyar çatışmazlığına səbəb oldu
İslandiyada fermerlər "TikTok"da yayılan tendensiyaya görə supermarketlərdə xiyara artan tələbatla ayaqlaşa bilmədiklərini bildirirlər.
                        meqale.com publika.az-a istinadən xəbər verir ki, sosial media istifadəçiləri sürtgəcdən keçirilmiş xiyar, küncüt yağı, sarımsaq, düyü sirkəsi və çili yağından ibarət salat reseptini paylaşaraq trend yaradıb.
Bu səbəbdən bölgədə xiyar alışları iki dəfə artıb. Səlahiyyətlilər bir həftə və ya daha az müddətdə vəziyyətin normallaşacağına ümid etdiklərini bildiriblər.
Bu tendensiya Kanadada "xiyar adamı" ləqəbli "TikToker" Loqan Moffittin bu cür reseptlər paylaşması ilə başlayıb. Onun 5,5 milyondan çox izləyicisi var və demək olar ki, hər gün xiyar reseptlərini paylaşır.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun