Türkiyə Meta Platformaları ilə bağlı istintaq başladıb

Türkiyə META sosial media platformaları Threads və Instagramda rəqabət hüququnun pozulması ilə bağlı istintaq başladıb.

Türkiyə Meta Platformaları ilə bağlı istintaq başladıb
Türkiyə META sosial media platformaları Threads və Instagramda rəqabət hüququnun pozulması ilə bağlı istintaq başladıb.

meqale.com-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Rəqabət Şurası açıqlama verib.

Məlumata əsasən, ilkin araşdırma Threads tətbiqinin Instagram tətbiqi ilə əlaqələndirilməsinin rəqabət qanununu pozub-pozmadığına dair istintaq açmaq üçün ciddi və kifayət qədər dəlillər ortaya çıxarıb.