Türkiyədə 51 İŞİD üzvü saxlanıldı
Türkiyənin 33 vilayətində İŞİD terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.
meqale.com xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində 233 şübhəlidən 51-i saxlanılıb.