Türkiyəli nazir: “Zəngəzur dəhlizinin açılması yükdaşımaların həcmini 25 milyon tona qədər artıracaq”
"Zəngəzur dəhlizinin açılması Orta Dəhliz istiqamətində yükdaşımaların həcmini ildə 1 milyon tondan 25 milyon tona qədər artıracaq".
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Türkiyənin infrastruktur və nəqliyyat naziri Abdulkadir Uraloğlu "TRT Haber"ə müsahibəsində bildirib.
O qeyd edib ki, Zəngəzur koridoru Bakı-Tbilisi-Kars dəmir yolu üçün də alternativ olacaq.
Nazirin sözlərinə görə, bu yol sadəcə nəqliyyat dəhlizi deyil, həm də Türk dünyasını birləşdirən amil olacaq. A.Uraloğlu onu da əlavə edib ki, Bakı-Tbilis-Kars dəmir yolunda davam edən təmir işləri gələn ay bitəcək.
Nazir Zəngəzur dəhlizin Türkiyədən keçməsinin ölkənin sənayesinə, texnologiyasına, turizminə töhfə verəcəyini də vurğulayıb.