Türkiyənin bu ölkəyə kimyəvi maddə məhsulları ixracı azalıb

Türkiyə 2024-cü ilin yanvar-fevral aylarında Rusiya Federasiyasına kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə, 33,3 faiz azaldaraq, 193 milyon dollara çatdırıb.

meqale.com xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

"2024-cü ilin fevral ayında Türkiyənin Rusiya Federasiyasına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 23,5 faiz azalaraq, 103,6 milyon dollara bərabər olub", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Türkiyə 2024-cü ilin yanvar-fevral aylarında kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 faiz artıraraq 5 milyon dollara çatdırıb.

2024-cü ilin fevral ayında Türkiyənin dünya bazarlarına kimyəvi maddə məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 15,2 faiz artaraq, 2,6 milyon dollara bərabər olub.