Türkiyənin ixracatı tarixi rekorda qalxdı

Türkiyənin 2023-cü ildə ixracatı əvvəlki ilə nisbətən 0,6 faiz artaraq ölkə tarixində rekord səviyyəyə - 255,809 milyard dollara çatıb.

Türkiyənin ixracatı tarixi rekorda qalxdı
Türkiyənin 2023-cü ildə ixracatı əvvəlki ilə nisbətən 0,6 faiz artaraq ölkə tarixində rekord səviyyəyə - 255,809 milyard dollara çatıb.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Beləliklə, bu rəqəm bizim orta müddətli proqramımızın 255 milyard dollarlıq hədəfini üstələyib", - deyə o, İstanbulda çıxışı zamanı bildirib.

Ərdoğan 2023-cü ildə ölkənin xarici ticarət kəsirinin illik müqayisədə 3,2% azaldığını vurğulayıb.

Onun sözlərinə görə, pandemiyadan əvvəlki dövrlə müqayisədə son 3 ildə 4 milyondan çox əlavə iş yeri yaradılıb.