Uşaqların sevimlisi olan aktrisa vəfat etdi - FOTO

Rusiyanın əməkdar artisti Qalina Sverbilova dünyasını dəyişib.

Uşaqların sevimlisi olan aktrisa vəfat etdi - FOTO
Rusiyanın əməkdar artisti Qalina Sverbilova dünyasını dəyişib.

meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə N.Sats adına Moskva Dövlət Akademik Uşaq Musiqili Teatrının "VKontakte" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Açıqlamada qeyd olunur ki, mərhum sənətkar adıçəkilən teatrın ilk aktrisası olub. O, bu mədəniyyət müəssisəsinin yaradılmasının başlanğıcında dayanıb, onun şöhrətinin və tarixinin yaradılmasında fəal iştirak edib.