Vardanyanın şikayəti rədd edildi

Qarabağdakı keçmiş qondarma qurumun "dövlət naziri" Ruben Vardanyan həbs müddətinin uzadılması ilə bağlı qərardan narazı qalıb.

Vardanyanın şikayəti rədd edildi
Qarabağdakı keçmiş qondarma qurumun "dövlət naziri" Ruben Vardanyan həbs müddətinin uzadılması ilə bağlı qərardan narazı qalıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, R.Vardanyan vəkili vasitəsilə Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayət ərizəsində həbs qərarının ləğv edilməsi istənilib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Habil Məmmədov xüsusilə ağır cinayətdə ittiham olunan müttəhimlə bağlı birinci instansiya məhkəməsinin qərarını qanunauyğun hesab edib.

Qərara əsasən, apellyasiya şikayəti əsassız olduğundan rədd edilib.