Vəfa Allahverdiyeva ilə bağlı qərar verildi

Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyevanın məhkəmə araşdırması başa çatıb.

Vəfa Allahverdiyeva ilə bağlı qərar verildi
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyevanın məhkəmə araşdırması başa çatıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Vəfa Allahverdiyeva dəymiş ziyanı ödədiyindən cinayət işinə xitam verilib. Onunla birgə mühakimə edilən Təranə Bağırovaya isə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Qeyd edək ki, V.Allahverdiyeva ötən ilin sentyabrına kimi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun müavini işləyib. O, eyni zamanda icra hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini icra edib.