Xalq artisti ölümlə HƏDƏLƏNİR
Məşhur müğənni Larisa Dolina və onun vəkili ölüm hədəsi ilə üzləşiblər.
meqale.com Rusiya mətbuatına istinadən xəbər verir ki, məlumatı hüquq müdafiəçisi özü açıqlayıb.
Cinayətkarlar müğənniyə xəbərdarlıq ediblər ki, əgər o, mənzillə bağlı polisə verdiyi dələduzluq şikayətini geri götürməsə, onu öldürəcəklər və ya avtomobilini partladacaqlar.
Polis hal-hazırda ölüm hədələri ilə bağlı cinayət işi açıb, lakin istintaq müvəqqəti dayandırılıb.
Qeyd edək ki, keçən il Rusiyanın Xalq artisti Larisa Dolina dələduzluq qurbanı olub və təzyiq altında Moskvadakı mənzilini satmağa məcbur qalmışdı. Xoşbəxtlikdən, müğənni sonradan evini geri qaytara bilib.