Xankəndi ölkə üzrə fərqləndi

Bu gün keçirilən növbədənkənar parlament seçkilərində ən yüksək seçici fəallığı olan dairə açıqlanıb. 

Xankəndi ölkə üzrə fərqləndi
Bu gün keçirilən növbədənkənar parlament seçkilərində ən yüksək seçici fəallığı olan dairə açıqlanıb. 

meqale.com xəbər verir ki, saat 12:00-a olan məlumata görə, ən yüksək seçici fəallığı 122 saylı Xankəndi seçki dairəsində müşahidə olunur. Bu dairədə qeyd olunan saata qədər seçici fəallığı 32,6% olub.

Həmçinin, 103 saylı Şəmkir kənd seçki dairəsində 28.7%, 102 saylı Şəmkir şəhər seçki dairəsində 28.5%, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində 28 faiz seçici fəallığı müşahidə olunub.