Yəmənin Hudeydə sahillərində gəmiyə hücum edilib

Yəmənin Hudeyda limanından 50 dəniz mili cənub-qərbdə gəmiyə hücum edilib.

Yəmənin Hudeydə sahillərində gəmiyə hücum edilib
Yəmənin Hudeyda limanından 50 dəniz mili cənub-qərbdə gəmiyə hücum edilib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiyası Mərkəzi (United Kingdom Maritime Trade Operations, UKMTO) xəbər verib.

"UKMTO Yəmənin Hudeyda şəhərindən 50 dəniz mili cənub-qərbində hadisənin baş verməsi barədə məlumat aldı", - deyə bildirilib.

Hadisə "hücum" kimi qiymətləndirilib. Hələlik başqa təfərrüatlar verilməyib.