İstanbulda narkotik əməliyyatı - Polis şəhid oldu - FOTO

İstanbul şəhərində narkotiklərlə mübarizə əməliyyatı zamanı yaralanan xüsusi əməliyyat polisi Emre Albayrak vəfat edib.

İstanbulda narkotik əməliyyatı - Polis şəhid oldu - FOTO
İstanbul şəhərində narkotiklərlə mübarizə əməliyyatı zamanı yaralanan xüsusi əməliyyat polisi Emre Albayrak vəfat edib.

meqale.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Çekmeköy səmtində keçirilən əməliyyat zamanı polis və şübhəlilər arasında silahlı qarşıdurma baş verib.

Hadisə nəticəsində xüsusi əməliyyat polisi Emre Albayrak ağır yaralanıb və xəstəxanada şəhid olub.

Hücum edən şəxslərdən biri öldürülüb, digərləri isə polis tərəfindən saxlanılıb.