Zabuxda su anbarı bu il istifadəyə veriləcək
Bu il Laçın rayonunun Zabux kəndində su anbarının tikilib təhvil verilməsi gözlənilir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda Beynəlxalq Su Təsərrüfat Sərgi və Konfransı - "Baku Water Week" sərgisinə həsr olunmuş konfransda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.
O bildirib ki, Azərbaycanda 20-yə yaxın kanalın bərpa olunması nəzərdə tutulub.