10 minə arvad alan azərbaycanlı məhkəməlik oldu
Rusiyanın Tula vilayətinin Kireyevski rayon sakini azərbaycanlı ilə qondarma ailə qurub.
meqale.com yerli mediaya istinadla bildirir ki, prokurorluq miqrasiya qanunvericiliyinin tələblərinə əməl olunmasını yoxlayıb.
Müəyyən edildiyi kimi, qadın 10 min rubl müqabilində Azərbaycan Respublikası vətəndaşı ilə nikahın rəsmiləşdirilməsinə razılıq verib. Bunun sayəsində o, Rusiya vətəndaşlığını ala bilib.
Prokurorluq nikahın etibarsız sayılması ilə bağlı iddia qaldırıb və bu təmin edilib.