16 yaşlı qız dayısını öldürdü, 20-dən çox cinayəti ortaya çıxdı - FOTO

Türkiyədə yeniyetmə qız dayısını öldürüb.

16 yaşlı qız dayısını öldürdü, 20-dən çox cinayəti ortaya çıxdı - FOTO
Türkiyədə yeniyetmə qız dayısını öldürüb.

meqale.com lente istinadən bildirir ki, hadisə Ərzurum şəhərində baş verib. Ərzincandan Ərzuruma nənəsigilə gələn 16 yaşlı İ.A. ilə dayısı Murat T. arasında münaqişə yaşanıb. Bu zaman qız onu vuran dayısına bıçaqla bir neçə zərbə endirib.

Daha sonra o, digər dayısı ilə Murat T.-ni sürüyərək evdən çıxarıblar.

Polisin keçirdiyi əməliyyat nəticəsində 16 yaşlı İ.A qəsdən adam öldürmə cinayətinə görə saxlanılıb. Məlum olub ki, o, 20-dən çox digər cinayətlərə görə axtarışda olub.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun