2 qızıl, 1 bürünc
Bu gün Bakıda yunan-Roma güləşi üzrə U-23 Avropa çempionatında ilk mükafatçılar bəlli olacaq.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, həlledici görüşdə Azərbaycan millisinin 2 idmançısı da xalçaya çıxacaq.
Ziya Babaşovla Xasay Həsənli çempionluq uğrunda mübarizə aparacaq. Daha bir güləşçimiz bürünc medal uğrunda, digər ikisi təsəlliverici görüşdə gücünü yoxlayacaq.
Yunan-Roma güləşi 63 kq Ziya Babaşov finalda Vitali Yeriomenko (Moldova) ilə qarşılaşıb. Gərgin keçən görüş güləşçimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Babaşov bununla da Avropa çempionu tituluna yiyələnib.
77 kq Xasay Həsənli qızıl medal uğrunda türkiyəli Yüksəl Sarıçiçeklə üz-üzə gəlib. O, rəqibinə heç bir şans verməyib (9:1) və Avropa çempionatını qızıl medalla bitirib.
55 kq Rəşad Məmmədov bürünc medal uğrunda görüşdə İvan Stefanskiyə (Ukrayna) qarşı mübarizə aparıb. 7:0 hesabı ilə qalib gələn "klassik"imiz Avropa çempionatını 3-cü yerdə başa vurub.
87 kq Laçın Vəliyev təsəlliverici görüşdə Patrik Qordanı (Rumıniya) sınağa çəkib. O, 4:3 hesabıyla qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.