"30 il sonra qırılan zəncirlər..." - FOTOlar

Əməkdar artist Dilarə Əliyeva Xankəndidən paylaşım edib. 

Əməkdar artist Dilarə Əliyeva Xankəndidən paylaşım edib. 

meqale.com axşam.az-a istinadən xəbər verir ki, işğaldan azad edilən torpaqlara yollanan aktrisa fotolarına bunları yazıb:

"Yay bitir, Xankəndi üçün isə yazdır... Yəqin 30 il sonra qırılan zəncirlərə görə burada həmişə yaz olacaq. Hər tərəf tumurcuqlanacaq, yaşıllanacaq, çiçəklənəcək. Bu təbiət hadisəsi ilk dəfə təkcə torpaqda, havada, suda yox, insanların simasında da özünü göstərəcək. Mən və işgüzar xanımlar burada tam başqa aləmə düşdük. Həmişə belə fərah ol, Azərbaycan".