40 yaşlı kişi öz qaladığı tonqalda yanaraq öldü
İmişlidə epilepsiya xəstəsi olan şəxs tonqalın üzərinə yıxılıb və yanaraq ölüb.
meqale.com xəbər verir ki, hadisə günorta saatlarında R.Məmmədov küçəsində qeydə alınıb.
İmişli şəhər sakini 1984-cü il təvəllüdlü İbişov Pünhan Hafiz oğlu sözügedən küçədə yol kənarında tonqal qalayıb. O, epileptik tutma nəticəsində tonqalın üzərinə yıxılıb və yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.