41 ədəd çətənə kolu əkdi - FOTO
Siyəzəndə əməliyyat yolu ilə 41 ədəd çətənə kolu aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan meqale.com-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Mirzəfər Ramazanovun kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 81 kiloqram olan 41 ədəd çətənə kolu və 1 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.