5 yaşlı uşaq müəmmalı şəkildə öldü - FOTO
5 yaşlı uşağın ölüm səbəbi araşdırılır.
meqale.com haberler-ə istinadla bildirir ki, Türkiyənin Osmaniyyə vilayətində həyətdə oyun oynayarkən halı dəyişən 5 yaşlı Gökçe Erva Kınay dərhal xəstəxanaya çatdırılıb.
Həkimlər onu həşəratın dişlədiyini, hər hansı problemin olmadığını bildirərək evə yollayıblar.
Bir müddət sonra uşağın vəziyyəti yenidən pisləşib. O, yatırıldığı xəstəxanada müəmmalı şəkildə ölüb.
Uşağın ölüm səbəbi autopsiyadan sonra bəlli olacaq. Anasının dediyinə görə uşaq həyətdə oynayarkən onun yanına gələrək "ana, məni nəsə dişlədi", - söyləyib.