51 yaşlı qadın döyüb telefonu əlindən aldı

Mayın 15-də saat 14 radələrində Sumqayıt şəhərinin ərazisində naməlum şəxs şəhər sakini olan 51 yaşlı qadını döyərək quldurluq etməklə onun mobil telefonunu alıb.

meqale.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisədən sonra zərərçəkən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edib. Keçirilən tədbirlərlə hadisəni törətmiş Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş 1986-cı il təvəlüldlü İlqar Şirinov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.