ABŞ təsdiqlədi: Maduronun təyyarəsi ələ keçirildi
ABŞ Ədliyyə Nazirliyi Venesuela Prezidenti Nikolas Maduronun təyyarəsini ələ keçirdiyini təsdiqləyib.
                        meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir.
"Dassault Falcon 900EX" təyyarəsi Dominikan Respublikasında ələ keçirilib və Floridanın cənub bölgəsinə yönləndirilib. Hava laynerinin saxlanılmasına səbəb ABŞ-nin ixrac nəzarəti və sanksiya qanunlarını pozması göstərilir", - deyə bildirilib.