Bu, şəffaf seçkilər keçirmək niyyətinizi açıq göstərir - İƏT rəsmisi
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeayin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
meqale.com Secki-2024.az-a istinadən xəbər verir ki, MSK sədri Məzahir Pənahov qonaqları salamlayaraq, görüşdən məmnunluğunu ifadə edib.
Dəvətə görə minnətdarlığını bildirən İƏT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay qeyd edib ki, Azərbaycan İƏT-in çox fəal üzvdür: "İƏT-in Nizamnaməsində qeyd olunib ki, üzv ölkələr demokratiyanı tam dəstəkləyir. 57 İƏT-in üzvüdür və onlardan 35-də seçkilər keçirilir. Biz onlardan dəvət alırıq. Biz ölkələrin suverenliyinə və daxili işlərinə qarışmamağı əsas götürürük. Sizdən xahişim olacaq ki seçkilər uğurla başa çatdıqdan sonra Azərbaycan təcrübəsini bizimlə bölüşəsiniz. Sizin yüksək texnologiyalardan istifadə etməyiniz şəffaf seçkilər keçirmək niyyətinizi açıq göstərir".