Aeroport yolunda piyada vuruldu, tıxac var - FOTO
Bu gün Sabunçu rayonu, Aeroport şossesi, Sabunçu körpüsünün yaxınlığında qəza baş verib.
meqale.com DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hadisə zamanı avtomobil piyadanı vurub.
Qəza səbəbindən həm Heydər Əliyev Beynəlxalq Hava Limanı, həm də mərkəz istiqamətlərində sıxlıq yaranıb.