Ağdaşdakı qəzada yaralanan gənclərdən biri öldü

Yanvarın 22-də saat 22 radələrində Ağdaş şəhərində baş vermiş ağır yol qəzasında ağır xəsarət alan 3 nəfərdən biri xəstəxanada vəfat edib.

Ağdaşdakı qəzada yaralanan gənclərdən biri öldü
Yanvarın 22-də saat 22 radələrində Ağdaş şəhərində baş vermiş ağır yol qəzasında ağır xəsarət alan 3 nəfərdən biri xəstəxanada vəfat edib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, ağır vəziyyətdə tibb müəssisəsinə yerləşdirilən 1994-cü il təvəllüdlü Qasımov Münasib Mütalib oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə günü "VAZ" markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü İlham Məmmədov vəfat edib. Onun avtomobilində olan 1994-cü il təvəllüdlü Münasib Qasımov, 2000-ci il təvəllüdlü Rahib Qasımov və 2000-ci il təvəllüdlü Təbriz Qasımov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.