“Ana ölümləri daha çox II və III hamiləlikdə baş verir” - SN
Son 10 ildə Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sayı artıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova parlamentdə "Sağlam ailə modeli və nikah hüququ" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
O qeyd edib ki, ana ölümlərinin statistikasını təhlil edəndə müşahidə edilir ki, qadınlar daha çox ikinci və üçüncü hamiləlik nəticəsində doğuş zamanı dünyasını dəyişir.