"Android" istifadəçilərinə əla xəbər - yenilik olacaq
"Google" şirkəti "Android" üçün "Audio Emoji" funksiyasını ehtiva edən xüsusi "Google phone"un yeni versiyasını buraxmağa hazırlaşır.
meqale.com oxuya istinadən bildirir ki, bu barədə "9to5Google" portalı xəbər verir.
Bildirilir ki, yenilik istifadəçilərə animasiya emojiləri göndərməyə imkan verəcək.
Məlumata görə, yeni funksiya alqış, gülüş, fişəng, kədər, nağara kimi emojilərə uyğun audiovizual effektlərdən istifadə etməyə imkan verəcək.
Müəlliflərin fikrincə bu, telefon danışıqlarını daha interaktiv edəcək.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun