Ararat Mirzoyan mina xəritələrinin Ermənistanda olduğunu etiraf etdi

Ermənistan minalı ərazilərin yeni xəritəsini Azərbaycana verə bilər.

Ararat Mirzoyan mina xəritələrinin Ermənistanda olduğunu etiraf etdi
Ermənistan minalı ərazilərin yeni xəritəsini Azərbaycana verə bilər.

meqale.com report-a istinadən bildirir ki,  bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib.

O bildirib ki, Qarabağda minalı ərazilərlə bağlı yeni məlumatların əldə edilməsi istiqamətində iş aparılır.

XİN başçısı həmçinin söyləyib ki, Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının növbəti görüşü barədə razılıq əldə olunub.

O xatırladıb ki, keçən ilin iyul və noyabr aylarında Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın iclası keçirilib.