Araxamia təsdiqlədi: Zelenski Kulebanın yerinə onu təklif etdi

Ukrayna Prezidenti Vladimir Zelenski Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə Dmitri Kulebanın yerinə onun birinci müavini Andrey Sibiqanın təyin edilməsini təklif edib.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Ali Radada "Xalqın xidmətçisi" fraksiyasının rəhbəri David Araxamia bildirib.

O, Zelenskinin fraksiya iclasına gəldiyini təsdiqləyib.

"Prezident Vladimir Zelenski bizə qoşuldu, buna görə ona minnətdarıq", - deyə Araxamiya öz Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Zelenski Kulebanın yerinə əvvəllər prezident aparatında çalışmış Sibiqanın təyin edilməsini təklif edib.

Qeyd edək ki, D.Kuleba XİN rəhbəri vəzifəsindən istefa verib.