Aşıq Zülfiyyə: “Toylardan qazandığım pulu yorğan-döşək altında...” – VİDEO
Aşıq Zülfiyyə İbadova açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
meqale.com bizim.media-ya istinadən bildirir ki, sənətçi müğənni oğlu Babəklə qonaq olduğu "Rəngarəng səhər" verilişində qazandığı pullardan danışıb.
Aşıq bildirib ki, toylardan və məclislərdən qazandığı qonorarı əlində saxlamır: "Mən evdə çox tapılmıram. Evdə çox pul saxlamıram. Əlimdə pul varsa, onu banka qoyuram və nəsə bir şeylər alıram". Zülfiyyənin oğlu Babək isə pulla bağlı bunları söyləyib: "Hazırda öz evimi təmir edirəm. Bir otağın təmirini yekunlaşdırıb, digərinə keçirəm. Pulların əksəriyyətini də indi təmirə xərcləyirəm. Toylardan qazandığım pulu isə evdə saxlayıram. Kassada, yoxsa yorğan-döşək altında, onu artıq mən bilirəm. Üzərimdə pul gəzdirmirəm".
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun