“Atletiko” İspaniya Kubokunun yarımfinalında uduzdu
İspaniya Kral Kubokunda yarımfinal mərhələsinin oyunu keçirilib.
meqale.com oxuya istinadən bildirir ki, Madriddə yerli "Atletiko" ilə Bilbao "Atletik"i qarşılaşıblar.
Matçın taleyini cəmi bir qol həll edib.
25-ci dəqiqədə qonaqların futbolçusu Berenqerin penaltidən vurduğu qol oyunda yeganə olub və ev sahiblərinin məğlubiyyətini rəsmiləşdirib - 0:1.
Qeyd edək ki, cütün cavab görüşü fevralın 29-da baş tutacaq.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun