Avtomobilindən 20 min manat oğurlandı
Oğuzda avtomobildən 20 min manat oğurlayan şəxs saxlanılıb.
meqale.com xəbər verir ki, Oğuz RPŞ-yə müraciət edən rayon sakini "Nissan" markalı avtomobilindən 20 min manat pulunun oğurlandığını bildirib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən N.Rəfiyev saxlanılıb.