Aynişanın adından şok təkliflər yayılır: “Bezdim mən”
İnfluenser Aynişan Quliyevanın adından saxta məlumatlar yayılıb.
meqale.com publika.az-a istinadən xəbər verir ki, bloger bu barədə instaqramda paylaşım edib.
İzləyicilərindən biri ona "Aynişan xanım, sizin müsahibənizi oxumuşam. Dedikləriniz həqiqətən düzdür? Mənim kimi adi insanlar da o tətbiqə qoşulub qazana bilər mi?", - deyə müraciəti edib.
Aynişan bu mesaja "Adımla yalan məlumatlar yayılır. İnsanları aldadırlar. Bezdim mən" cavabını verib. O, paylaşımına @polisazerbaycan hesabını etiketləyərək buna bir çarə tapılmasını xahiş edib.