Azərbaycan klubuna Avropada 9 rəqib
Avropa Liqasının I təsnifat mərhələsində iştirak edəcək 16 komandadan 9-u bəlli olub.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bu klublardan 6-nın yer alacağı səbət də qəqiqləşib.
Yarışda Azərbaycanı təmsil edəcək komanda və səbəti müəyyənləşməyib. Amma artıq turnirə vəsiqə qazanan klublar istənilən halda təmsilçimizin mümkün rəqibləri sayılır. İlk mərhələdə fərqli səbətlərdə olsalar belə, növbəti raundda qarşılaşmaları mümkündür.
Qeyd edək ki, Avropa Liqasında Azərbaycan kubokunun qalibi oynayacaq. Əgər kuboku "Qarabağ" qazansa, gümüş mükafatçı Avropa Liqasına gedəcək.
Avropa Liqası I təsnifat mərhələsi
Səpələnmişlər "Riyeka" (Xorvatiya) "Tobol" (Qazaxıstan)
Səpələnməmişlər "Elfsborq" (İsveç) "Korvinul" (Rumıniya) "Botev" (Bolqarıstan) "Rujomberok" (Slovakiya) Sloveniya təmsilçisi
Qeyri-müəyyənlər "Silkeborq" (Danimarka) "Visla" (Polşa) "Paksi" (Macarıstan) İsrail təmsilçisi Yunanıstan təmsilçisi Kipr təmsilçisi Azərbaycan təmsilçisi Moldova təmsilçisi Kosovo təmsilçisi
Qeyd edək ki, I təsnifat mərhələsində 16 komanda mübarizə aparacaq. İlk iki raundun püşkü iyunun 18-19-da atılacaq.