Azərbaycan millisinin mümkün qazancı müəyyənləşdi

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan yığmasının "FİFA Series"də keçirəcəyi matçların dəyəri dəqiqləşib.

Azərbaycan millisinin mümkün qazancı  müəyyənləşdi
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Azərbaycan yığmasının "FİFA Series"də keçirəcəyi matçların dəyəri dəqiqləşib.

Monqolustan və Bolqarıstanla üz-üzə gələcək Arif Əsədovun yetirmələri hər iki qarşılaşmada qələbə qazansa, 8,6 reytinq xalı əldə edəcək. İlk oyunda yalnız qələbə, ikincidə isə hətta heç-heçə milliyə qazanc gətirəcək. İki uğursuzluq isə 11,4 xalın itirilməsi ilə nəticələnəcək.

22 mart Azərbaycan - Monqolustan Qələbə: 2,5 Heç-heçə: -2,5 Məğlubiyyət: -7,5

25 mart Azərbaycan - Bolqarıstan Qələbə: 6,1 Heç-heçə: 1,1 Məğlubiyyət: -3,9

Qeyd edək ki, Azərbaycan millisi hazırda 1174.22 xalla dünyada 113-cüdür.