Azərbaycanda kütləvi zəhərlənmə - 5 nəfərin SON VƏZİYYƏTİ
11:47 10.08.2024-cü il tarixdə saat 01:55-də 5 nəfər (4-ü uşaq olmaqla) qida zəhərlənməsi şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə meqale.com-a cavab olaraq, TƏBİB-dən məlumat verilib.
Qeyd edilib ki, onlara alimentar qida zəhərlənməsi diaqnozu təyin edilib.
"Hazırda müalicələri Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxşdir", məlumatda bildirilir.
Qeyd edək ki, Goranboyda 4-ü yeniyetmə olmaqla, 5 nəfər qidadan zəhərlənib.
--------- 09:14 Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
meqale.com APA-ya istinadən bildirir ki, 5 nəfər rayon sakinləri zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Dərhal xəstələrə yardım edilib. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Zəhərlənənlər 2012-ci il təvəllüldü A. Kərimli, 2011-ci il təvəllüdlü A. Qasımova, 2009-cu il təvəllüldü S. Qasımova,1982-ci il təvəllüdlü Q. Qasımov və 2009-cu il təvəllüdlü A. Kərimovadır.
Məlumata görə həmin şəxslər qidadan zəhərləniblər.