Azərbaycanda qaya uçdu - FOTOlar

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib.

Azərbaycanda qaya uçdu - FOTOlar
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib.

meqale.com bildirir ki, Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən verilən xəbərə görə, hadisə yağan güclü yağış səbəbindən meydana gəlib.

Nəticədə qaya parçaları Pəzməri kənd avtomobil yoluna tökülüb və nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Yolun açılması üçün hadisə yerinə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları və texnikası əraziyə cəlb olunub.