Azərbaycanda tələbə faciəli şəkildə öldü
Bu gün saat 12 radələrində Ağdaş şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com oxuya istinadən xəbər verir ki, Murad Əsədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən piyada, 2009-cu il təvəllüdlü Yusif Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Həlak olan Y.Məmmədov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin I kurs tələbəsi imiş.