Bakı – Sumqayıt yolunda qəza olub, ağır yaralanan var
Bakı - Sumqayıt yolunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com report-a istinadən xəbər verir ki, avtomobillərin toqquşması nəticəsində yaralanan 1994-cü il təvəllüdlü Cəfərov Səmral Arif oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.