Bakıda hamamda oğurluq: Masajçı qadını həmkarı soydu

Bakıda masajçı hamamda qarət edilib.

Bakıda hamamda oğurluq: Masajçı qadını həmkarı soydu
Bakıda masajçı hamamda qarət edilib.

meqale.com lente istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu, Ak.H.Əliyev küçəsində yerləşən hamamda qeydə alınıb.

Orada masajçı işləyən Bakı şəhər sakini S.Nuriyevanın 2200 manat pulu oğurlanıb.

Zərərçəkən bu barədə polisə məlumat verib.

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində masajçının pulunu oğurlayan hamamın digər masajçısı M.Rüstəmova saxlanılıb.