Bakıda “Maşın bazarı”nda 4 mağaza yanıb - YENİLƏNİB - FOTO

16:44

Bakıda “Maşın bazarı”nda 4 mağaza yanıb - YENİLƏNİB - FOTO
16:44

Bakı şəhərinin Xətai rayonu, Babək prospektində yerləşən "Maşın bazarı" adlanan ərazidə baş vermiş yanğın nəticəsində ümumi sahəsi 400 kv.m. olan bir dam altında tikilmiş 32 ədəd müxtəlif təyinatlı mağazalardan 4 ədədi 48 kv.m. sahədə yanıb.

meqale.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Qeyd olunub ki, digər mağazalar yanğından mühafizə olunub.

---------- 14:28 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən Maşın bazarının ərazisində mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.